Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qoruq İdarəsindən bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb. Hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.
Tarixi irsimizin qorunması və vətəndaşların təhlükəsizliyi Qoruq İdarəsinin fəaliyyətində prioritet məsələdir və proses daim diqqət mərkəzində saxlanılır.(azərtac)