İçərişəhərdəki bu tədbir havaya görə təxirə salındı

27.06.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

İçərişəhərdə 27 iyun tarixində keçirilməsi planlaşdırılan “Milli Geyimlər Günü” tədbiri təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu məlumat yayıb.

Bildirilib ki, hava şəraiti ilə əlaqədar tədbir təxirə salınıb.

“Yeni tarix barədə yaxın günlərdə sizi məlumatlandıracağıq. Göstərdiyiniz anlayışa görə təşəkkür edirik və tezliklə görüşməyi səbirsizliklə gözləyirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, tədbirin proqramında sərgi və yarmarka, milli rəqslər və dəfilələr, konsert proqramı və s. yer alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью