İçərisində 3 nəfərin olduğu avtomobil yanıb FOTO

31.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Rusiyada hərəkətdə olan minik avtomobili yanıb. Avtosfer.az xəbər verir ki, hadisə Rostov-na-Donu şəhərinin Böyük Sadovaya küçəsində baş verib.

Məlumata görə, nəqliyyat vasitəsində 3 qız olub. Avtomobil hərəkətdə olarkən qəfildən alovlanmağa başlayıb. Təsadüf nəticəsində salondakı şəxslər vaxtında avtomobili tərk edə biliblər.

Hadisə yerindən çəkilən görüntülərdə yanğının krossoverin ön hissəsindən başladığı görünür. Alov nəticəsində avtomobilin ön bamperi tamamilə yanıb, kapotu, qapıları və ön şüşəsi kömürləşib.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью