İçərisində iki nəfərin olduğu avtomobil körpüdən uçub

01.12.2024

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

...Saratov vilayətinin Petrovsk şəhərində içərisində iki nəfərin olduğu avtomobil körpüdən uçub.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib. İdarədən bildirildiyinə görə, hər şey noyabrın 30-da axşam saatlarında Kirova küçəsindəki 160 saylı evin yaxınlığında baş verib.

Sürücünün yol baryerinə çırpılması nəticəsində avtomobil kanala sürüşərək aşıb. Avtomobildə olan iki nəfər xəstəxanaya yerləşdirilib.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью