Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Ermənistanın İcevan şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı yerli seysmoloji xidmətlər yayıb.
Episentri İcevan şəhərindən 20 kilometr şimal-qərbdə yerləşən yeraltı təkanların maqnitudası 2,1 təşkil edib.
Zəlzələnin episentrində təkanların gücü 2-3 bal olub. Təbiət hadisəsi Tavuş vilayətinin İcevan və Noyemberyan şəhərlərində, eləcə də Qoğb, Açacur və Voskepar kəndlərində 2-3 bal gücündə hiss olunub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Bizim.Media