İçib ulamasına irad bildirən qonşusunu ürəyindən bıçaqladı

28.08.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Omsk sakini mübahisə zamanı qonşusunu ürəyindən bıçaqlayaraq öldürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, içki aludəçisi olan 43 yaşlı şəxs içərək gecələr ulayırmış. Hadisə baş verən gün sakinlərdən biri içkili şəxsə irad bildirib. Daha sonra mübahisə yaranıb və ondan ulamamasını xahiş edən qonşusunu ürəyinə bıçaq zərbəsi vuraraq öldürüb. 

Bundan sonra o, paltarını dəyişərək hadisə yerinə qayıdıb və polisin ərazidəki işini izləyib. 

Həmin şəxsə qarşı cinayət işi açılıb. 

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью