“İçim yanır, amma yenə də dik dururam” Fatimə

03.06.2026

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəqqasə Fatimə sosial şəbəkə hesabında paylaşdığı duyğusal sözlərlə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki, hazırda anasının reanimasiyada müalicə aldığı bildirilən sənətçi yaşadığı ağır günlərə baxmayaraq, ümidini itirmədiyini vurğulayıb.

Fatimə paylaşımında bunları yazıb:

"Gülürəm deyə hər şey yaxşıdır sanmayın… İçim yanır, amma yenə də dik dururam. Çünki bilirəm, hər şeyi görən də, düzəldən də Allahdır".

Sənətçinin bu paylaşımı izləyiciləri tərəfindən dəstək mesajları ilə qarşılanıb. Çoxları ona və anasına şəfa diləklərini çatdırıb. 

Qeyd edək ki, Fatimə anasının səhhətində yaranan problemlə əlaqədar bir müddətdir reanimasiyada müalicə aldığını bildirilib.

Aysel


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью