Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rajendra Barotia adlı kişi kəndlilərlə birlikdə tonqalın yanında sakit oturmuşdu, orada olanlardan biri ona desert təqdim etdi.
Medicina.az xəbər verir ki, Hindistanın Madhya Pradeş ştatında dəbdə olan rasgullu şirniyyatı şəkər siropunda bişirilmiş yumşaq xəmir toplarından ibarətdir. Rasgullu dişləməməli, ağıza bütöv qoyulmalıdır. 35 yaşlı Rajendra da belə etdi. Şirniyyatı ağzında əzən kimi partlayış baş verdi. Kimsə desertin içinə kiçik partlayıcı qoymuşdu.
Bədbəxt kişi aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb. Polis iki şübhəlini həbs edib və baş verənlərin qəza, qəsdən törədilmiş qətl və ya zarafat olması araşdırılır.
Aygün Musayeva