Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Dəməşq rəhbərliyi artıq alkoqollu içkilərin satışını yalnız müəyyən xristian məhəllələri ilə məhdudlaşdırdığını açıqlayıb.
Restoran və gecə klublarında alkoqol satışı tamamilə qadağan olunub. "Cebheinfo.az" xəbər verir ki, Dəməşq Bələdiyyəsinin qadağanı elan edən qərarında bildirilir:
“İctimai əxlaqı pozan halları aradan qaldırmaq məqsədilə, çoxsaylı şikayətlər və yerli əhalinin tələbi nəzərə alınaraq Şam üzrə restoran və gecə klublarında alkoqollu içkilərin satışı qadağan edilmişdir.” Qərarda əlavə olunur:
“Alkoqollu içkilərin satışı Bab Touma, Qassaa və Bab Sharqi məhəllələri ilə məhdudlaşdırılıb və yalnız kommersiya lisenziyasına uyğun olaraq bu məqsədlə fəaliyyət göstərən müəssisələrdə mümkündür.”
Bundan əlavə, alkoqol satan müəssisələr məscidlərdən, kilsələrdən, məktəblərdən və qəbiristanlıqlardan ən azı 75 metr, polis bölmələrindən və dövlət idarələrindən isə ən azı 20 metr uzaqda yerləşməlidir.
Hazırda Suriyada alkoqol satan müəssisələrə yeni qaydalara uyğunlaşmaq üçün üç ay vaxt verilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin