İçki satanları 6 ay həbs edəcəklər Bu tarixə qədər

06.02.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Taylandda 8 fevralda keçiriləcək erkən parlament seçkiləri və referendumla əlaqədar ölkə üzrə alkoqol satışı müvəqqəti olaraq dayandırılır.
Demokrat.az xəbər verir ki, Turizm Polisinin yaydığı məlumata əsasən, qadağa şənbə günü saat 18:00-dan etibarən qüvvəyə minəcək və 24 saat davam edəcək. Bu müddətdə supermarketlər, mağazalar, barlar, restoranlar və gecə klubları daxil olmaqla, heç bir ticarət nöqtəsində spirtli içki satışı mümkün olmayacaq.
Qaydanı pozan şəxsləri 6 ayadək həbs cəzası gözləyir. Rəsmi qurumlar turistlər və yerli sakinlərdən tətbiq olunan tələblərə ciddi əməl etməyi xahiş edir.
Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью