İçkili sürücü reyd zamanı polisin iradına “xətrimə dəydin” deyib etiraz etdi VİDEO

03.02.2026

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Burdur şəhərində keçirilən reyd zamanı saxlanılan sərxoş sürücünün polis əməkdaşlarına ünvanladığı qeyri-adi iradlar diqqət çəkib.

Avtosfer.az xəbər verir ki, səyyar postda dayandırılan sərxoş sürücü polis əməkdaşlarına çətin anlar yaşadıb. Yol polisi tərəfindən barəsində inzibati tədbir görülən sürücüyə ifadə vermək üçün polis bölməsinə getməsinin zəruri olduğu bildirildikdə, o, buna əsəbiləşərək emosional reaksiya verib.

Sürücü polis əməkdaşına müraciət edərək, “mənə buradan get deməyin xətrimə dəydi” sözlərini səsləndirib. Hadisə zamanı sürücünün emosional vəziyyətdə olduğu, davranışlarının isə adekvat olmadığı müşahidə olunub.

Yaşananlar polis əməkdaşlarının bədən kamerası tərəfindən anbaan qeydə alınıb. Görüntülər sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, alkoqollu vəziyyətdə nəqliyyat vasitəsi idarə edən sürücülər barəsində ciddi inzibati tədbirlər görülür və bu cür hallar yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk hesab olunur.

Eltac Zülfüqaroğlu

Oxunub 232

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью