İclas zalını partladan deputata ömürlük cəza

22.11.2024

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Ukraynada kənd sovetinin iclasının keçirildiyi zalı qumbara ilə partladan deputat Sergey Batrin azadlıqdan ömürlük məhrum edilib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb .
“Xalqın xidmətçisi” partiyasının deputatı Zakarpat vilayətinin Keretskovski kənd sovetinin iclasında 3 qumbara partladıb. Ümumilikdə partlayış nəticəsində 26 nəfər xəsarət alıb, onlardan ikisini həkimlər xilas edə bilməyib. Batrinin özü sağ qalıb və xəstəxanaya yerləşdirilib. Ukrayna Təhlükəsizlik Xidməti deputatı terror aktı törətməkdə ittiham edib.
"İstintaqın məlumatına görə, hücum edən şəxs cinayətə əvvəlcədən hazırlaşıb", - idarədən bildirilib.
Təqsirləndirilən şəxs sursatları əvvəlcə evində gizlədib, sonra isə dövlət qurumunun binasına gətirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью