Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirilib Aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclası keçirildi.
İclasa Azərbaycan Respublikasının Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazirin müavini Şahin Mustafayev iclası açaraq bildirdi ki, Hökumətlərarası Komissiya çərçivəsində aparılan danışıqlar dövlət başçılarımızın verdiyi tapşırıqların icrasını müzakirə etmək, həmçinin Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafına dair yaxın perspektivləri müəyyənləşdirmək üçün mühüm platforma rolunu oynayır.
Vurğulandı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsinə qədəm qoyub.
Ölkə başçıları arasında qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər və mütəmadi təmaslar bu inkişafın əsas hərəkətverici qüvvələrindən biridir.
Qeyd olundu ki, ötən il Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi tarixi hadisədir.
Dövlət başçılarının imzaladığı Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdırır.