“İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb”

17.04.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bugünkü iclasda olanları saytlardan oxuyuruq. Bilmirik qulağımıza inanaq ya gördüyümüzə".

Yeni Sabaha" xəbər verir ki, bunu sosial şəbəkə hesabında “Space” TV-nin əməkdaşı Aysu Allahverdiyeva yazıb:

O əlavə edib: "İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb, danışıqlar sadəcə fəaliyyət dövrünün yaradıcı tərəfini əhatə edirdi. Əvvəlki qaydada işə davam etməyə çalışırıq. Ruh düşkünlüyü yaratmayın, “Bağlanma” xəbərinə sevinənlərin çörəyi artmır, əksinə sevindikləri mövzu neçə ailəni çörəksiz qoyur. Yıxmağa olan həvəsinizi dəstəyə yönəldin. Bacarmırsızsa, ruzi ilə oynamayın. Allah böyükdür”.

Xatırladaq ki, aprelin 16-da “Space” TV-nin bağlanması barədə məlumat yayıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью