Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əzəli və əbədi dədə-baba yurdumuz olan Qərbi Azərbaycan azərbaycanlılar üçün sadəcə coğrafiya, torpaq ərazisi deyil, həm də qədim türk yurdudur.
Bu torpaqlar xalqımızın minillik tarixi, mədəniyyəti, folklorunun formalaşdığı yerdir.
Son illər də bu istiqamətdə tarixi addımlar atılır, irimiqyaslı fəaliyyətin şahidi oluruq.
Qərbi Azərbaycan İcması (QAİ) da bu tarixi ədalətin qorunması və bərpası istiqamətində müntəzəm işlər görür.
"Report" Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının gələcək strategiyaları və ötən il görülən işlər barədə İcmanın sədri, deputat Əziz Ələkbərli ilə danışıb: - Əziz müəllim, QAİ 2024-cü il ərzində Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətində hansı addımları atıb?
- İcma özünün əsas fəaliyyət sənədi olan Qayıdış Konsepsiyasında qarşısına qoyduğu vəzifələri addım-addım həyata keçirir.
Təbii ki, bu, Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətindəki işlərə də aiddir.