İcmaəsaslı məktəbəqədər təhsil qruplarına 1909 uşaq cəlb olunub

22.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 iyun, AZƏRTAC

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 53 ümumi təhsil və 5 məktəbəqədər təhsil müəssisəsində “İcmaəsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu təhsil müəssisələrində 116 icmaəsaslı məktəbəqədər təhsil qrupuna 1909 uşaq cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью