İçməli su ilə bağlı XOŞ XƏBƏR Bu ərazilərdə...

18.09.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəlilabad şəhərində su borusunda baş vermiş qəza aradan qaldırılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, həmçinin əhalinin su ilə təminatı da bərpa olunub.

Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində suyun ətrafa axmasının qarşısı alınıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, ötən gün şəhərin Heydər Əliyev prospektində su nəql edən 225 mm-lik boruda qəza baş verib və boru deşilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью