İçməli su küçəyə axır Sakinlərdən şikayət

16.07.2026

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Müşfiq qəsəbəsində sakinlər içməli suyun küçəyə axıdılması ilə bağlı narazıdırlar.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayətçi Altay Niftəliyev məlumat verib.

Vətəndaşın iddiasına görə, artıq 8 aya yaxındır ərazidə içməli su boş yerə axaraq israf olunur. Şikayətçi bildirib ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, indiyədək heç bir tədbir görülməyib.

Sakin məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və su israfının qarşısının alınmasını xahiş edir.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью