İçməli suyun verilməsi ilə bağlı XƏBƏRDARLIQ Bu ərazilərdə...

20.08.2025

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

Sumqayıt Sukanal idarəsindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью