Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov Əməkdar idman xadimi Cavanşir Qurbanovu ziyarət ediblər.
Hurriyyet.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü, "Fire Land Group"-un rəhbəri, Cavanşir Qurbanovun oğlu Cəlal Qurbanov verib.
“Bu gün atamın köhnə dostlarından olan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və beynəlxalq dərəcəli hakim Hicran Şərifov atamı ziyarətə gəldilər.
İdman sahəsindən olan 3 insanın, əlbəttə, danışmağa çox sözü, müzakirə etməyə çox mövzusu var idi.
Adil Əliyev və Hicran Şərifova bu ziyarətə görə ailəm və öz adımdan dərin təşəkkürümü bildirirəm.
Düşünürəm ki, icra başçıları cənab Prezidentlə şəhid ailələri arasında bir körpüdür.
Bu körpünü layiqincə qoruyan icra başçılarından biri də Adil müəllimdir.