İcra başçısı Adil Əliyevdən şəhidə və onun ailəsinə laqeyd münasibət

08.10.2025

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev ölümünün 5-ci ili olan şəhid XTQ kapitanı Elçin İsmayılovun ailəsinə il dönümü ilə bağlı baş çəkməyib.

Tribunainfo.azxəbər verir ki, bu barədə fəal Haldun Novruzzadə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, yeni icra başçısı ailə ilə ümumiyyətlə maraqlanmır. H.Novruzzadə şəhidin xanımının sözlərini ictimailəşdirib:

“Qapı qonşumuz şəhid XTQ kapitanı Elçin İsmayılovun Yoldaşı Sevinc xanım:
“Dünən həyat yoldaşım Elçinin Şəhid olduğu gün idi, artıq 5 il keçir. Hər il Suraxanı keçmiş İcra başçısı Əziz Əzizov il dönümündə gəlirdi bizə, daimi diqqət göstərirdi, maraqlanırdı. 1 ildən çoxdur Adil Əliyev Suraxanı icra başçısı olub, bir dəfə maraqlanmayıb, nə də il dönümlərində gəlməyib, heç İcra Hakimiyyətindən zəng də olmayıb.
Hər il ancaq müəyyən 2-3 ailəyə baş çəkilir, yardımlar olunur. Yəqin bir necə ilə Elçinin adı ümumiyyətlə heç yerdə çəkilməz, çünki öz yaşadığı ərazidə icra başçısı belə laqeyd münasibət göstərirsə”.

Gülşən Rəsul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью