İcra başçısı bacısı oğlunu özünə köməkçi təyin etdi Foto

27.11.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov özünə köməkçi təyin edib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki,Murad Əsgər oğlu Ağayev başçının köməkçisi təyin olunub.

Xatırladaq ki, Murad Ağayev Əziz Əzizovun bacısı oğludur. Əziz Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan zaman Murad Ağayev bir neçə il onun sürücüsü kimi fəaliyyət göstərib.

Əziz Əzizov Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (02.02.2018-12.11.2019) və Suraxanı Rayon İcra Hakimiyyətinin (12.11.2019-08.07.2024) başçısı vəzifəsində işləyərkən isə Murad Ağayev onun köməkçisi olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью