Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Neftçala Rayon İcra Hakimiyyətinin “Neftçala rayonunun 2025-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilib.
Demokrat.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun müdiri Məmmədiyə Məmmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək məşğulluq məsələlərindən də danışıb.
O bildirib ki, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində hesabat ilində rayon ərazisində 107 yeni iş yerləri açılıb, onlardan 15-i yeni, 89-u mövcud, 3-ü isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlar tərəfindən açılan yeni iş yerləridir.