Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq. Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev baş ver
Mia.az xəbər verir ki, Araz Musayev yaydığı video-açıqlamada bir sıra iddialar səsləndirib.
“Məni Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Aramızda olan problem isə işlə bağlı olub.
Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb.
Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur.
Bu vaxta kimi mənə qarşı xoş olmayan addımlar atıb, son addım isə killer tutmaq oldu”, -deyə Musayev bildirib.
Məsələ sosial şəbəbəkələrdə, ictimai sferada geniş müzakirələrə səbəb olub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Musavat.com-a açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.