İcra başçısı göndərilən məmurun yerinə o gətirildi | Icma.az
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq. Dövlət Statistika Komitəsinə (DSK) yeni Aparat rəhbəri təyin edilib.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki bu vəzifəyə Qasım Əliyev gətirilib. Q.
Əliyev 1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.
2016-cı ildən Komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Qeyd edək ki, DSK-nın sabiq Aparat rəhbəri Cabbar Musayev ötən ay Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu