İcra başçısı idarə rəisini işdən çıxardı

14.04.2026

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zaqatala Rayon Mənzil İstismar İdarəsinin rəisi Vasif Yusifov vəzifəsindən azad olunub.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Mübariz Əhmədzadə müvafiq əmr imzalayıb.

Digər əmrlə Mənzil İstismar İdarəsinin rəisi vəzifəsinə Sərxan Maksudov təyin olunub.

Qeyd edək ki, yeni rəis bu təyinatadək rayon icra hakimiyyətində baş məsləhətçi işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью