İcra başçısı işçilərini sınağa çəkir

26.11.2025

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Pirallahı rayon icra başçısı Vasif Həsənov əməkdaşlarını imtahan etməyə başlayıb.

Tribuna xəbər verir ki bu haqda feysbukda “Azərbaycan universitetləri” səhifəsi məlumat paylaşıb. İcra başçısının tarix, informatika və məntiqdən rəhbərlikdə təmsil olunan şəxsləri imtahan etdiyi bildirilir. İddialara görə, zəif nəticə göstərən İH məmurları vəzifəsi ilə vidalaşır. Lakin dövlət qulluqçularının işə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzi müsabiqə təşkil edir. İcra başçısının belə bir səlahiyyətinin olması haqda ilk dəfə eşidilir.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью