İcra başçısı müavini daxil olmaqla 5 nəfəri işdən çıxardı SİYAHI

28.01.2026

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nərimanov Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni kadr islahatı həyata keçirilib.

Ölkə.az-ın iqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Elgin Həbibullayev müvafiq əmrlər imzalayıb.

Belə ki, əmrə əsasən, başçının müavini İlqar Mirzəyev vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Bundan əlavə, ləğv edilmiş Hüquq şöbəsinin müdiri Hüsü Nuriyev də vəzifəsini itirib. Bu şöbənin yerinə yaradılmış Hüquq və kadr məsələləri sektoruna isə Kamran Abdullayev müdir təyinatı alıb. 

Kadr islahatı icra başçısının nümayəndəliklərini də əhatə edib. Belə ki, RİH başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nadir Nəsibov da işini itirib. Onun yerinə Vəfadar Zeynalov təyin olunub. V.Zeynalov bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini olub.

Həmin nümayəndəliyin Baş mühasibi Gündüz Həmidov da RİH aparatına gətirilib və yeni yaradılan İnzibati işlər sektoruna mühasib təyin edilib.

İcra başçısının digər əmrilə Baş mütəxəssis – sürücülər Elman Əliyarov və Bəhman Əliyev də vəzifələrindən azad ediliblər. Daha bir əmrlə isə Azər Əsgərov yeni sürücü təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью