İcra başçısı özünə yeni müavin təyin etdi

09.05.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siyəzən Rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov özünə yeni müavin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, sərəncama əsasən Ruhiyyə Hacıyeva icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini təyin olunub.

Xanım müavin bu yüksək posta təhsil sahəsindən gəlib. Bu vəzifəyə qədər o, Siyəzən şəhərindəki İnteqrasiya təlimli və internat tipli gimnaziyanın direktoru olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью