İcra başçısı özünə yeni müavin təyin etdi FOTO

23.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.

Belə ki, Vahid Mirzəyev Başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, yeni təyinatadək Cəlilabad Şəhər Bələdiyyəsinin sədri olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью