İcra başçısı təyin edilən aparat rəhbərinin yerinə təyinat | Icma.az
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət Statistika Komitəsinə (DSK) yeni aparat rəhbəri təyin edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Qasım Əliyev gətirilib.
Qasım Əliyev 1976-cı il mart ayının 20-də Bakı şəhərində anadan olub.
O, 1997-ci ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini, 1999-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
1998-2015-ci illərdə Dövlət Statistika Komitəsində aparıcı iqtisadçı, baş məsləhətçi, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.
2016-cı ildən Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışırdı.
Yeni Aparat rəhbəri Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Tam oxu
Xəbəri oxu