İcra başçısı təyin edilən Cabbar Musayev KİMDİR? DOSYE Yeni Sabah | Icma.az
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
“Yeni Sabah” Cabbar Musayevin dosyesini təqdim edir: C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
O Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur. 2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazi
2016-cı ilin aprel ayının 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var. Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu