İcra başçısı vətəndaş qəbulunu Putinin masası stilində keçirdi FOTOLAR

04.02.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhəri və rayonun Xeyrimli kəndinin bir qrup sakinini qəbul edib.Görüşə rayonun bir sıra vəzifəli şəxsləri də qatılıb.
Demokrat.az xəbər verir kiQazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında dərc olunan fotolarda əsas diqqətçəkən məqam Rəcəb Babaşovun əyləşdiyi masada boş yerlər olmasına baxmayaraq, vətəndaşların xeyli kənarda oturtmasıdır.
O, təkcə sakinlərlə deyil, rayonun bəzi vəzifəli şəxsləri ilə də eyni formada davranıb. Fotolardan məlum olur ki, rayonun daha iki rəsmisi görüşün hansısa hissəsinə qatılıb (bəzi rəsmilər əvvəldən sonadək görüşdə iştirak ediblər). İcra başçısı onları da masanın aşağı hissəsində əyləşdirib.
R.Babaşovun bu davranışı sakinlərin ciddi narazılığına səbəb olub. Onlar məsələ ilə bağlı müvafiq qurumlara şikayət etməyi planlaşdırırlar.
Qazaxın icra başçısının vətəndaşlara yanaşması bir neçə il öncə Rusiya Prezidenti Vladimir Putinin Kremldə Fransanın dövlət başçısı Emmanuel Makronla görüşünü xatırladıb. Həmin görüşdə Putin Makronu əli cibində qarşılayıb və uzun masanın aşağı hissəsində əyləşdirib. İcra başçısının qəbul etdiyi vətəndaşlarla davranışı bir növ həmin görüşə bənzəyib.
Oxumağa dəyər:   Qəzzada qoşunların atəşə tutulmasından sonra İsrail ordusu HƏMAS komandirinə zərbə endirib
Qeyd edək ki, R.Babaşov 2016-cı ildən Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. (Azərbaycan24.com)




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью