İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı

20.12.2024

Icma.az, Lent az saytına istinadən bildirir.

Rusiyanın Sankt-Peterbur şəhərinin Krasnoselski rayonunun icra başçısı Oleq Fadeenko 3 milyon rubl rüşvət alarkən saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, rüşvətin mühafizə şirkətini məmurun himayəsi ilə təmin edilməsi planlaşdırılıb. Rüşvət hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəzarəti altında icra başçısına ötürülüb. Vasitəçi Fadeenko ilə əvvəlcədən danışanda polis də işin içində idi.

Oleq Fadeenko

Qeyd edək ki, cinayət işi Sankt-Peterburq İstintaq Komitəsi tərəfindən aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью