İcra başçısının atası Bakıda dava etdi

27.08.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 26-sı, saat 18:00 radələrində Bakı şəhəri, Azadlıq prospekti 149 ünvanında yerləşən çayxanada insident baş verib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda jurnalist Samir Feyruzov Facebook səhifəsində məlumat yayıb. O, bildirib ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin atası Məhəmməd Abdullayev Aqil adlı şəxsin baş nahiyəsinə küt alətlə zərbə endirib. Nəticədə Aqilin başı yarılıb, onu xəstəxanaya yerləşdiriblər.

S. Feyruzov yazır ki, Məhəmməd Abdullayevin icra başçısının atası olub-olmadığını öyrənmək üçün Səbuhi Abdullayev özü ilə əlaqə saxlayıb: Marqarita pizza

“O, məsələni nə təsdiq, nə də təkzib etdi.  Məlumatlı mənbənin bildirdiyinə görə, Məhəmməd Allahverdiyev həqiqətən də icra başçısı Səbuhi Abdullayevin atasıdır, o, tikinti-biznes sektorunda fəaliyyət göstərir, müxtəlif dizaynlı evlər tikir və satışını həyata keçirir.  Onun adının daha əvvəl də müxtəlif mübahisəli məsələlərdə hallandığı iddia olunur.

İnsidentin başvermə səbəbləri ilə bağlı əldə etdiyimiz məlumata görə, hadisədən bir müddət əvvəl Məhəmməd Allahverdiyev Aqil adlı şəxsi başqa bir adamla tanış edib. Onlar arasında alış-veriş olub. Bundan bir müddət sonra isə tərəflər arasında mübahisə yaranıb.

Mübahisənin gedişində Məhəmməd Abdullayev Aqilin baş nahiyəsinə küt alətlə zərbə endirib”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью