İcra başçısının bacısı oğlu qəzada öldü

05.11.2024

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yevlaxda ağır yol qəzası baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə noyabrın 3-ü saat 20 radələrində Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb.

Samir İbrahimovun sükanı arxasında olduğu “VAZ 2107” markalı avtomobil Ruslan Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü hadisə yerində ölüb.

Qeyd edək ki, vəfat edən şəxs Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin bacısı oğludur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qafqazinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью