İcra başçısının bacısı oğlu qəzada ölüb

04.11.2024

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yevlaxda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az İnsanoid.com-a istinadla bildirir ki, S.İbrahimovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil R.Əhmarovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.

Nəticədə R.Əhmarov hadisə yerində ölüb. R.Əhmarov Bərdənin icra başçısı Vidadi İsayevin bacısı oğludur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью