Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.
Onun verdiyi şikayətə Şirvan Şəhər Məhkəməsində baxılıb. Vəzifəli şəxs Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədo
Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib.
H.Həsənov A.Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib.
Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib.
Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib.
Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında – hamının qarşısında ondan üzr istəməsini də tələb edib.