İcra başçısının davranışı niyə bu qədər müzakirə yaratdı?

05.08.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun əks olunduğu bir foto sosial şəbəkədə müzakirə mövzusu olub.

“Yeni Sabah” xəbər verir ki, o, xidməti avtomobili ilə hərəkətdə olarkən yolda cənazə mərasimi ilə rastlaşıb və maşından düşərək tabutu aparan şəxslərə yaxınlaşıb. Bundan sonra mərhumun yaxınlarına başsağlığı verib və onların dərdinə şərik olduğunu bildirib.

Bir çoxları bunu təqdirəlayiq və nümunəvi addım hesab edib, lakin həmin hərəkətlərin hər bir azərbacanlıya xas olduğunu bildirənlər də azlıqda olmayıb. Sezar pizza

Mahiyyətcə istənilən insanın bu sayaq davranışı, tutduğu vəzifədən və ya titulundan asılı olmayaraq, bəyənilməlidir. Əslində, bir çoxları, çox olmasa da, bir qismi cənazəyə ehtiram qaydalarını artıq yadırğayıb. Halbuki dəfn mərasimi görərkən sükan arxasında oturmuş şəxslərin sürəti azaltması, siqnal verməkdən yayınması, hətta mərhumu tanımadığı halda yoldan keçənlərə “Allah rəhmət eləsin” deməsinə əvvəllər tez-tez rast gəlinərdi. Hətta qəbiristanlıq yanından keçərkən maşındakı radio və ya maqnitafondan ucalan səsi almaq şərt idi.

İnsan sosial və emosional varlıqlardır və müxtəlif ehtiyaclar üçün başqalarına nəsə umması təbii hisdir. Bu ehtiyac xüsusilə dəfn zamanı bəzən daha çox olur.

Buna görə də, ölüm zamanı yaxın qohumlar mərhumun ailəsi ilə qalır və onları təsəlli etməklə məşğul olurlar, lakin bu birliyin faydalı olması və mərhumun ailəsinə yük olmaması üçün bəzi məqamlar nəzərə alınmalıdır.

İnanca görə, yas mərasimində iştirak etməklə insan hüznlü ailənin yükünü mümkün qədər azaldılmalıdır. Dərdi unutmağa və ya ən azı azaltmağa ehtiyacı olanların yemək hazırlamaq və qonaq qəbul etmək barədə narahat olması əsla düzgün deyil.

Keçmişdə 7 gün ərzində yas tutanın evinin bacasından tüstü qalxmazdı, qohumlar və qonşular onlara yemək gətirərdi. Məclisin özünü sükutla izləmək, Quran tilavəti zamanı susmaq və mümkün qədər çox danışmamaq adəti vardı. Quran tilavətindən sonra bir ruhani nitq söyləyir və hər kəsə ölüm və dirilməni xatırladırdı.

Başqa bir qayda hüzr məclisinə uşaqları özləri ilə gətirməmək idi. Daha bir ədəb gülümsəməkdən çəkinmək. Habelə ağlabatan və uzun müddət iştirak etməmək.

Dəfnə və ya hüzr məclisinə qara və ya tünd paltarda gəlmək də xalqımızın adətlərinə uyğundur. Xüsusən qadınların makiyajsız olması məsləhətdir. 

Aytəkin Əzizqızı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью