Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazovanın işdən azad edilməsi barədə ərizəsi və ona təhkim olunmuş xidməti avtomobili əlindən alınıb.
Demokrat.az-ın ədə etdiyi məlumata görə, bu addım xanım müavinin həyat yoldaşı və eyni zamanda sürücüsü olan Habil Eyvazovla bağlı sosial şəbəkələrdə yayılan qalmaqallı görüntülərdən sonra atılıb.Ancaq hadisələrin gedişatı gözlənilməz istiqamətdə irəliləyib.
Belə ki, icra başçısı Alı Alıyev yuxarı dairələrin iradəsinə zidd gedərək, köməkçisi İlkin Əmirliyə verdiyi tapşırıq əsasında sosial şəbəkələrdə Gülbahar Eyvazovaya "dəstək kampaniyası" başladılıb.
Eyni zamanda rayonun bütün vəzifəli şəxslərinə bu paylaşımları yaymaq və Gülbahar Eyvazova haqqında müsbət rəylər yazmaq tapşırığı verilib.
İcra başçısının bu kampaniyası yerli sakinlər tərəfindən dəstəklənməyib və paylaşımlara reaksiya verənlər yalnız tapşırığı icra edən rəsmi şəxslər olub.Maraqlısı odur ki, səhər saatlarında həm İcra Hakimiyyətinin rəsmi səhifəsində, həm də köməkçinin şəxsi profilində həmin paylaşımlar silinib.
Əldə etdiyimiz məlumata görə, İcra Hakimiyyətinin bu tapşırığı yuxarı instansiyalarda birmənalı qarşılanmayıb.Qeyd edək ki, Füzuli RİH-də Gülbahar Eyvazovanın kurasiyasında olan hümanitar sahələrdə mövcud vəziyyət ürəkaçan deyil.
Belə ki, rayonun təhsil sektorunda yol verilmiş qanunsuzluqlar və dövlət əmlakının mənimsənilməsi ilə bağlı çoxsaylı şikayətlər əsasında rayonun 30-a yaxın məktəbi ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırmalar aparılır.