İcra başçısının müavininə məxsus torpaq sahəsi satışa çıxarıldı

13.01.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Natiq Dostalıyevə məxsus torpaq sahəsi hərraca çıxarılacaq.

Bakıvaxtı.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Hacıqabulun Meyniman kəndində yerləşən, sahəsi 4.7825 hektar olan torpağın start qiyməti 20 faiz endirimlə 8000 manat müəyyən edilib.

Hərrac yanvarın 21-də keçiriləcək.

Natiq Dostalıyev 2024-cü ilin iyul ayında Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью