İcra başçısının pulu qurtaran kimi, parkda yeni bir restoran açılır Baş redaktor Səbailin rəhbərini qanunsuzluqda ittiham elədi (FOTO)

18.01.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

"Səbail rayonunda balaca bir park var - Bayıl bağı. İcra Hakimiyyətinin pulu qurtaran kimi, parkda yeni bir restoran açılır".

Mia.az xəbər verir ki, bunu Avtosfer.az saytının Baş redaktoru Elməddin Muradlı Feysbuk-da yazıb.

Onun sözlərinə görə, balaca bir parkda artıq dördüncü restoran tikilib: "Bir ara saytlar yazdı, sökdülər guya. Sonra yenə tikdilər. Sonra da deyirlər ki, ətraf mühit korlanır".

Səbahil İH-dən Mia.az-a bildirilib ki, qeyd edilən qeyri-yaşayış sahəsi mülkiyyət hüququndadır və bərpa işləri aparılıb.

Samir

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью