Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gədəbəy Rayon İcra Hakimiyyəti "ABC-Telecom” MMC ilə satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, qurum "ABC-Telecom” MMC-dən bir sıra mallar alacaq və buna görə şirkətə 1990, 01 manat ödəyəcək.
Alınacaq malların nədən ibarət olduğu məlum deyil. Satınalma proseduru bir mənbə üsulu ilə keçirilib.
"ABC-Telecom” MMC 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 000 manatdır.
Şirkətin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur. Həsən İsrafilzadə həm də "Nova Credit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) q
"ABC-Telecom” MMC mobil telefon və elektrnika məhsullarının satışını həyata keçirən "Konkatk Home” mağazalar şəbəkəsinin sahibidir.
MMC-nin sahibi kimi isə keçmiş deputat Elnur Allahverdiyevin adı çəkilir. Elnur Allahverdiyev 2020-ci ilədək MMC-nin qanuni təmsilçisi olub.