İcra hakimiyyəti qısa zamanda biabırçı formada qara təslim oldu Elməddin Muradlı | Icma.az
Icma.az bildirir, Avtosfer portalına istinadən. Artıq bir neçə gündür ki ölkəmizdə qarlı hava şəraiti hökm sürür.
Bəs Azərbaycanın nəqliyyat sistemi qarlı hava şəraitindən üzüağ çıxa bildimi?
Mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, jeklər səmərəli iş görə bilmədilər.Çox qısa müddətdə biabırçı formada qara təslim oldular: "Yolları qardan, buzdan təmizləməkdən danışırıqsa, bu, biabırçı vəziyyətdədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tam olaraq öhdəsindən gələ bilmir.
Məsələn, Bakı-Şamaxı yolu yarım saat ərzində donma riki olan yoldur.
Texnikanın birini göndərirlər, Şamaxı istiqamətində hərəkət edir, qayıdanda artıq donur.
İllərdir başa düşməyiblər ki, oraya 1 yox, 2 texnika buraxmaq lazımdır,20 dəqiqəlik fasilə ilə bir- birinin ardınca hərəkət etsin, amma bunu etmirlər.
Görünür, düşüncə hələ o qədər inkişaf etməyib. Bakı-Şamaxı, eyni zamanda Bakı-Quba ən çox risk olan yollardan biridir.
Tam oxu
Xəbəri oxu