İcra Hakimiyyəti şəhid atasının özünə xəsarət yetirməsi ilə bağlı məsələyə aydınlıq gətird…
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sabirabad Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasovun İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Sabirabad RİH-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, RİH-nin inzibati binasına gələn F.Abasov icra başçısının ünvanına təhqiramiz ifadələr işlədib.
Açıqlamada o da iddia edilib ki, ata qızının xəbəri olmadan qurumdan onun adı ilə pul tələb edib: “Fevralın 19-da Sabirabad rayonunun Cavad kənd sakini, Vətən Müharibəsi şəhidi Elgiz Abbaslının atası Fuad Abasov Sabirabad RİH-yə müraciət edərək hamilə qızını həkiminin tövsiyəsi ilə Bakı şəhəri “Bona Dea” Hospitalına müayinəyə aparması ilə əlaqədar vəsait tələb edib.
“Bona Dea” Hospitalının həkimi B.Əliyev, həm də F.Abasovun qızı ilə əlaqə saxlanılıb, hər iki şəxs müayinə ilə bağlı məlumatsız olduğunu bildiriblər.
F.Abasov narkotik vasitələrin təsiri altında fevralın 20-də Sabirabad RİH başçısının rəsmi qəbuluna gəlib, qəbuldan öncə qurumun inzibati binasında RİH başçısının ünvanına təhqiramiz ifadələr işlədib, şantaj və hədə-qorxu gəlib, daha sonra bıçaqla özünün qarın nahiyəsinə və bıçağı onun əlindən almağa çalışan icra başçısının köməkçisinin baş nahiyəsinə yumruqla xəsarət yetirib.
Fuad Abasov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və müayinə zamanı özünə yetirdiyi xəsarətin yüngül olduğu müəyyən edilib.
Hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə onun haqda müvafiq akt tərtib olunub və baxılması üçün rayon polis şöbəsinə göndərilib”.
Tam oxu
Xəbəri oxu