İcra hakimiyyəti Xırdalanda küçə işıqları üçün 110 min manat işıqpulu ödəyir

18.02.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi “Azərişıq” ASC ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, satınalma müqaviləsinin şərtlərinə görə Abşeron rayon İcra Hakimiyyəti Xırdalan şəhərindəki küçələri bir il (2025) müddətinə işıqlandırılması üçün “Azərişıq” ASC-yə 110 000 manat ödəyəcək.
1 kVt/saat elektrik enerjisinin qeyri-əhali qrupuna 10,6 qəpiyə satıldığını nəzərə alsaq, bu o deməkdir ki, Xırdalan şəhərində küçələrin işıqlandırılması üçün il ərzində 1 milyon 38 min kVt/saat elektrik enerjisindən istifadə edilir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью