İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu

20.04.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatları olub.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Ərazi-təşkilat məsələlər sektorunun Baş məsləhətçisi Vüqar Hüseynov vəzifəsindən azad olunub. O, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri təyin edilib.

Hüquq və kadr məsələləri sektorunun müdiri vəzifəsi isə Həmid Nəsirova gətirilib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью