İcra Hakimiyyətində struktur dəyişiklikləri aparıldı Yeni təyinatlar

21.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, icra başçısı Elşad Həsənov bununla bağlı müvafiq əmrlər imzalayıb.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi, İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi ləğv olunaraq onların əsasında Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi yaradılıb. İcra başçısının müavini Təravət Muradova həmin şöbəyə müdir təyin olunub (hər iki vəzifəni icra edəcək).

Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi daxilində isə 3 sektor - Ərazi-təşkilat məsələləri sektoru, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru və İctimai-siyasi və humanitar məsələlər sektoru yaradılıb.

Cəmil Qarayev isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsindən azad olunub və yeni yaradılan Ərazi-təşkilat məsələləri sektorunun müdiri və yeni şöbənin müdir müavini olub.

Ləğv olunan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elnur Tağıyev Ərazi-təşkilat məsələləri sektorunda böyük məsləhətçi olub, Gülşən Hüseynova isə baş məsləhətçi vəzifəsində qalıb. 

Ləğv olunan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nazilə Rəhimova Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi təyin olunub.

Ləğv olunan İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Elçin Əhmədov İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi, bir digər baş məsləhətçi Cavid Şıxcəfərli isə aparıcı məsləhətçi - Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu olub.

Ləğv olunan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini və Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri təyin olunub. Ləğv olunan şöbənin böyük məsləhətçisi Tural Əsgərov Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi olub. Ləğv olunan Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bir digər böyük məsləhətçisi Azər Həsənov Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunda məsləhətçi vəzifəsinə gətirilib.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi, Rayon təsərrüfatı şöbəsi və İnformasiya təminatı və təhlili sektoru ləğv olunaraq Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsi yaradılıb. Yeni şöbəyənin tərkibində isə Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru və Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoru yaradılıb. Yeni yaradılan şöbəyə müdir vəzifəsinə təyinat olmayıb.

Ləğv olunan İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müavini təyin olunub.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Tural İsayev Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun baş məsləhətçisi, əhali ilə görüşlərin təşkilatçısı olub. İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Aytək Babayeva, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Mehman Muxtarov yeni sektorda aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar. Ləğv olunan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Dəstanə Nəsirova Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi, operatoru olub. 

Ləğv olunan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Elnur Əliyev vəzifəsindən azad olunub. 

Yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun müdiri və baş memar vəzifəsinə isə Eyvaz Bağırov təyin olunub. O, daha əvvəl Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi, memarı olub.

Ləğv olunan Rayon təsərrüfatı şöbəsinin müdiri Xaliq Möhbalıyev vəzifəsindən azad olunub. Eyni şöbənin baş məsləhətçiləri Ümid Əsgərov və Rasim Əliyev Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunda böyük məsləhətçi və baş məsləhətçi təyin olunublar.

Eyni zamanda Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi ləğv olunaraq Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə müdir vızifəsinə ləğv olunan şöbənin müdiri Elnurə Mansurova təyin olunub. 

Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin tərkibində isə Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru və İnzibati işlər sektoru yaradılıb. 

Ləğv olunan Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elnur Abbaszadə vəzifəsindən azad olunaraq yeni yaradılan Sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoruna müdir təyin olunub. 

Ləğv olunan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçiləri Aytən Sultansoy və Şəbnəm Namazova yeni yaradılan şöbədə məsləhətçi təyin olunublar. Şöbənin bir digər məsləhətçisi Günay Ələkbərova isə vəzifəsindən azad olunub.

Yeni yaradılan İnzibati işlər sektoruna müdir, baş mühasib vəzifəsinə isə daha əvvəl də bu vəzifəni icra etmiş Aygün Qəribova gətirilib. Sözügedən sektora aparıcı məsləhətçi, mühasib vəzifəsinə isə Esmira İbrahimova təyin olunub. 

Son olaraq, Hüquq şöbəsi ləğv olunaraq Hüquq və kadr məsələləri sektoru yaradılıb. Ləğv olunan Hüquq şöbəsinin müdiri Sabir Tahirzadə yeni sektorun müdiri təyin olunub. 
Ləğv olunan Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Lalə Ağayeva Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi olub.

Sözügedən sektorda bir digər məsləhətçi isə keçmiş Hüquq şöbəsinin məsləhətçisi Qızqayıt Quliyeva olub.

Bundan başlaq, İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, böyük məsləhətçi Emin Babayev və eyni komissiyanın uşaqlarla iş üzrə psixoloqu, aparıcı məsləhətçisi vəzifəsindən azad olunublar.

Könül Vəliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью