İcra hakimiyyətləri məktəbəqədər təhsili bərbad vəziyyətə saldı, çoxunun təhsili yoxdur Ek…
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır. Azərbaycan Ombusdmanı Səbinə Əliyeva uşaq bağçalarında yeni ştatların yaradılmasını
Belə ki, bağçalarda “uşaq psixoloqu” və “erkən inkişaf üzrə mütəxəssis” ştatlarının əlavə edilməsi təklifi irəli sürülüb.
Bəs bundan başqa bağçalarda hansı mütəxəssislərə ehtiyac var?
Təhsil eksperti Elşən Qafarov Redaktor.az-a açıqlamasında bildirib ki, 2011-ci ildə məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeçiliyinə verilmişdi.
Bu 10 il, yəni 2021-ci il daxil olmaqla davam etdi və beləliklə, məktəbəqədər təhsil pilləsini tamamilə bərbad hala düşməsinə gətirib çıxartdı: "Hazırda məktəbəqədər təhsil müəssisələrində işləyən təhsil verənlərin üçdə birinin ümumiyyətlə təhsili yoxdur, üçdə birinin təhsili isə məktəbəqədərlə bağlı deyil.
Bu baxımdan məktəbəqədər təhsil müəssisələrində ciddi islahatlara ehtiyac var.
Çox təəssüflər olsun ki, 2021-ci ildə ölkə Prezidentinin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi zamanı çox ciddi bir şansı əldən buraxdıq.
Məktəbəqədər təhsil müəssisələrini yenidən təşkil etmək, kadr məsələsini həll etmək olardı.
Tam oxu
Xəbəri oxu