İcra hakimiyyətlərinin daha bir strukturu ləğv edildi KONKRET

04.02.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın rayon və şəhər icra hakimiyyətlərində aparılan islahatlar çərçivəsində daha bir struktur ləğv olunub.

KONKRET.az “yeni sabah”a istinadən xəbər verir ki, bu, icra hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadır.

Yeni strukturda adıçəkilən komissiya yer almayıb.

Bunun əvəzində icra hakimiyyətlərində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya yaradılıb.

Komissiyanın əməkdaşlarının sayı isə əvvəlki kimi iki nəfər olacaq. İcra başçısının böyük məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və komissiyanın məsləhətçi-psixoloqu.

Məsləhətçi-psixoloq rayon və şəhər icra hakimiyyətlərinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun əməkdaşı sayılır.

Qeyd edək ki, komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən 9-11 nəfərdən ibarət tərkibdə yaradılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью